İstifadə qaydaları və doza:
4-14 yaş arası uşaqlara: 1 damcı gündə 2 dəfə (profilaktik)
14 yaşdan yuxarı uşaqlar və böyüklərə: 2 damcı gündə 2 dəfə (profilaktik) xarici qulaq keçəcəyinə damcılatmaqla istifadə olunur
Dərman vasitəsi deyildir. Tibbi vasitədir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən gündəlik dozasını keçməyin
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
Buraxılış forması:
Məhlul-damcı.
Qablaşdırma forması:
15 ml flakonda, karton qutu qablaşdırmada.
Saxlanma şəraiti:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.