Köməkçi maddələr:
Natrium xlorid (Sodium chloride), Metil paraben (Methyl paraben), Polisorbat 80 (Polysorbate 80), Deionizə olunmuş su (Deionized water)
İstifadə qaydaları və doza:
4-14 yaş uşaqlara: hər burun dəliyinə 1-2 püskürtmə gündə 3-4 dəfə;
14 yaşdan yuxarı uşaqlar və böyüklərə: hər burun dəliyinə 2-3 püskürtmə gündə 3-5 dəfə istifadə olunur
Dərman vasitəsi deyildir. Tibbi vasitədir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən gündəlik dozasını keçməyin
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
Buraxılış forması:
Burun üçün sprey.
Qablaşdırma forması:
30 ml məhlul şüşə flakonda, karton qutu qablaşmada.
Saxlanma şəraiti:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.